"Təhsil Nazirliyi müəllimlərin dərs saatlarını bölməklə məşğul olsa, digər işlər geridə qalar".
XəzərXəbər xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin brifinqində təhsil naziri Emin Əmrullayev bildirib. Nazir yerlərdə problemlərin həllinin regional idarələr tərəfindən həyata keçiriləcəyini deyib:
"Müəllimlərin iş saatının bölünməsi ilə bağlı problemli məsələlər regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyi olaraq yerlərdə xidmətin keyfiyyətini artırmaq niyyətindəyik. Problemin həll olunması nazirliyin suallara cavab verməsindən və vətəndaşların ərizəsini müvafiq qaydada, düzgün tərtib etməsindən çox asılıdır. Bəzən vətəndaşlar haqlı şikayətlərini düzgün formada təqdim etmədiyi üçün onun həlli gecikir".