“Hazırda epidemioloji vəziyyət nəzarət olunan səviyyədədir. İndiki durum əvvəlkilərdən fərqlənir. Bir tərəfdən vaksinasiyanın məlum əhatəsi, digər tərəfdən isə əksər məhdudiyyətlərin aradan qaldırılması, əyani tədrisin bərpası, COVID pasportları ilə kütləvi tədbirlərin mümkünlüyü və s. vəziyyətə öz təsirini göstərməkdədir”.
Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, epidemioloji vəziyyətin nəzarət altında olması onu deməyə imkan verir ki, karantin rejiminin sərtləşdirilməsi gözlənilmir:
“COVID yataq yerlərinin imkanları hələ ki, müəyyən məhdudiyyətlərə getmədən prosesi nəzarətdə saxlamağa imkan verir. Müxtəlif yaş qruplarında yoluxmalarda ciddi dəyişikliklər qeydə alınmır. Fəsil dəyişməsi ilə əlaqədar əsasən Şimal yarımkürəsində yoluxma sayının artması gözləniləndir. Çox güman ki, bu tendensiya davam edəcək. Artımları əsasən “delta” ştamı ilə əlaqələndirirlər”./Publika.az