Azərbaycanda hərbçilərin maaşlarının artırılması gözlənilir.
XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“Hərbi xərclər, o cümlədən hərbi qulluqçuların maddi təminatı dövlətin prioritetləri sırasındadır”,-deyə nazir əlavə edib.