“Dövlət başçısının tapşırığı əsasında əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb”.
XəzərXəbər xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, - nazir vurğulayıb.