Xəzər Xəbər

Azərbaycan XİN başçısından beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Gündəm | 13:11 • 11 Noyabr 2021
Azərbaycan XİN başçısından beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ
"Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub".
 
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək: "Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər".

Xəbər lenti