Xəzər Xəbər

Amnistiya aktının icrasının yekunlaşacağı müddət AÇIQLANDI

Gündəm | 12:44 • 11 Noyabr 2021
Amnistiya aktının icrasının yekunlaşacağı müddət AÇIQLANDI
Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə icra ediləcək.
 
XəzərXəbər xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlimməd Nuriyev 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən artıq şəxs azadlığa çıxıb: "Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər".

Xəbər lenti