Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Azərbaycanın Zəfər Günü əsrə bərabər gündür

Gündəm | 11:47 • 11 Noyabr 2021
Mövlud Çavuşoğlu: Azərbaycanın Zəfər Günü əsrə bərabər gündür
"Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olundu”.
 
XəzərXəbər xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın 11-də İstanbulda keçirilən toplantısında deyib.
 
"Böyük qırğız yazıçısı Çingiz Aytamatovun dediyi kimi, bu, əsrə bərabər gün idi. Bu tarix əsrə bərabər gündür. Azərbaycanın zəfəri bölgəmizdə rifahın, sabitliyinn yolunu açdı. Qardaş Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm”, - o bildirib.

Xəbər lenti

Çox oxunanlar