Xəzər Xəbər

Azərbaycanda yüksək vəzifə tutan general işdən çıxarıldı

Gündəm | 18:17 • 10 Noyabr 2021
Azərbaycanda yüksək vəzifə tutan general işdən çıxarıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

XəzərXəbər xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev

Xəbər lenti

Çox oxunanlar