Xəzər Xəbər

Amnistiya Aktının icrasına başlanıldı

Gündəm | 16:52 • 10 Noyabr 2021
Amnistiya Aktının icrasına başlanıldı

8 noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb.

Bu barədə XəzərXəbə-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək".

Xəbər lenti

Çox oxunanlar