Xəzər Xəbər

Azərbaycanda 8 rəis İŞDƏN ÇIXARILDI

Gündəm | 15:53 • 10 Noyabr 2021
Azərbaycanda 8 rəis İŞDƏN ÇIXARILDI
"Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.
 
ASC-dən  verilən məlumata görə, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksumum effektivliyə nail olmaqdır.
 
Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni abu hava yaradılması məqsədə müvafiq sayılıb.
 
Yuxarıda qeyd olunanları nəzərə alaraq  RETSİ (ETSİ) rəislərinin yerdəyişmələri aparılıb.
 

Xəbər lenti