Xəzər Xəbər

Samir Şərifovdan əhaliyə göstərilən xidmətlərlə bağlı ÖNƏMLİ AÇIQLAMA

Samir Şərifov: Əhaliyə göstərilən xidmətlər üzrə tətbiq olunan faizlər maya dəyərindən aşağıdır
Gündəm | 12:09 • 10 Noyabr 2021
Samir Şərifovdan əhaliyə göstərilən xidmətlərlə bağlı ÖNƏMLİ AÇIQLAMA

"Nəqliyyat, rabitə və kommunal sahələri üçün növbəti ilin dövlət büdcəsindən 479 milyon manat, əhaliyə göstərilən xidmətlər üzrə tətbiq olunan faizlərin maya dəyərindən aşağı olması ilə bağlı bir sıra dövlət qurumlarına subsidiya ayrılması nəzərdə tutulub".

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bunların sırasında “Bakı Metropoliteni” və digər qurumlar var", - nazir vurğulayıb./report

Xəbər lenti

Çox oxunanlar