Xəzər Xəbər

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlərə çağırış edib

Gündəm | 15:26 • 11 Oktyabr 2021
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlərə çağırış edib

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısındakı çıxışında bildirib.

Bir həftə bundan əvvəl Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir”.

Prezident İlham Əliyev yüksək səviyyəli toplantı iştirakçılarını əmin edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

Xəbər lenti

Çox oxunanlar