Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.
“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.