Xəzər Xəbər

Prezident: Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür

Gündəm | 14:15 • 11 Oktyabr 2021
Prezident: Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür

“Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi”.

XəzərXəbər-in məlumatına görə, bunu oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib.

İlham Əliyev: "Putin məndən xahiş etdi ki, Paşinyanın sənədi bizim yanımızda imzalamasını israr etməyim"
Dövlət başçısı qeyd edib ki, qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.

“Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Xəbər lenti

Çox oxunanlar