Aidiyyəti qurumlar tıxac probleminin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır. Bu insanların həyatında böyük vaxt itkisinə səbəb olur. Məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Aidiyyəti qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.
Bakı nəqliyyatla kifayət qədər yüklənmiş şəhərdir, lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər”. (Trend)