“Dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cü ildönümündə belə layihənin müzakirəyə çıxarılması çox əlamətdar hadisədir”.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, müasir Azərbaycan dövləti varislik prinsiplərinə əsaslanaraq bu günə qəlib çıxıb.