Xəzər Xəbər

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Gündəm | 12:10 • 9 Oktyabr 2021
Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana başsağlığı verib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” hesabında bildirilib.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - qeyd olunub.

Xatırladaq ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar