Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Tbilisi şəhərində keçirilən “Eternity-2021” komanda-qərargah təlimi başa çatıb.
Xezerxeber.az xəbər verir ki, təlimin bağlanış mərasimində hər üç ölkənin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.
Gürcüstan Müdafiə Qüvvələri Komandanının müavini general-mayor Zaza Çixeidze mərasimdə çıxış edərək təlimin əhəmiyyətindən danışıb. Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları uğurla icra ediblər.