Xəzər Xəbər

Azərbaycan vətəndaşları üçün bu qadağa ləğv edildi

Azərbaycan vətəndaşlarının Abu-Dabiyə girişinə karantin tələbi ləğv edilib
Gündəm | 18:05 • 8 Oktyabr 2021
Azərbaycan vətəndaşları üçün bu qadağa ləğv edildi

Azərbaycan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə girişi üçün karantin tələbi ləğv edilib.

Bu barədə xarici mətbuat  xəbər verir.

Məlumata görə, əmirliyin Mədəniyyət və Turizm Departamenti “yaşıl siyahı"ya daxil olan ölkələrin siyahısını yeniləyib. Bu dəfə siyahıya Azərbaycan da əlavə olunub. Ölkəmizin vətəndaşları Abu-Dabiyə çatdıqda karantində qalmalı olmayacaq. Amma onlardan yerli hava limanında PCR testindən keçmək tələb edilə bilər./report

Xəbər lenti

Çox oxunanlar