Xəzər Xəbər

Çavuşoğlu: “Azərbaycan-Ermənistan münasibətləri ancaq yeni düşüncə və aktiv diplomatiya ilə normallaşa bilər”

Gündəm | 12:19 • 8 Oktyabr 2021
Çavuşoğlu: “Azərbaycan-Ermənistan münasibətləri ancaq yeni düşüncə və aktiv diplomatiya ilə normallaşa bilər”

Azərbaycan və Ermənistan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvov Universitetində ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, müxtəlif problemləri olan bir çox ölkəni – Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Azərbaycan və Ermənistan bir araya gətirən tək təşkilat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olub.

M. Çavuşoğlu bildirib ki, Sovet İttifaqının dağılmasından dərhal sonra QDİƏT-in yaradılması yenilikçi bir fikir idi.

Nazir qeyd edib ki, QDİƏT bu gün regional əməkdaşlığa töhfə verir.

“Yenilikçi olmaqla yanaşı, prinsiplərimizi də rəhbərtutmalıyıq”, - Türkiyənin XİN rəhbəri vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar