Xəzər Xəbər

“Azərbaycanlılarla dialoq mütləqdir” – Ermənistanlı deputat

Gündəm | 11:29 • 8 Oktyabr 2021
“Azərbaycanlılarla dialoq mütləqdir” – Ermənistanlı deputat

“Azərbaycanlılarla bütün mümkün meydanlarda dialoq bizim üçün mütləqdir”.

Bu sözləri “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan söyləyib.

O, erməni cəmiyyətinin cəhalət içində olduğunu vurğulayıb.

“Ermənistanda ictimai fikir cəhalət içindədir. Nədənsə, azərbaycanlılarla danışmaqdan çəkinirik. Halbuki, ortaq problemlərin müzakirəsindən qaçmaq olmaz. Bu bizim maraqlarımıza uyğun deyil”.

Bir neçə gün öncə, Vyanada “Chatham House” beyin mərkəzinin təşkilatçılığı ilə erməni və azərbaycanlı nümayəndə heyətləri arasında görüşdə iştirak edən Marukyan görüşün qapalı formatda keçirildiyini deyib.

“Bu format bizə daha açıq dialoq qurmağa imkan verdi”-deyə deputat əlavə edib.

Xatırladaq ki, Vyana görüşündə Ermənistanı deputat Edmon Marukyan, Respublika Partiyasının üzvü, keçmiş vitse-spiker Armen Aşotyan, Karen Avaqyan, Azərbaycan tərəfini isə Milli Məclisin deputatları Tural Gəncəliyev və Erkin Qədirli təmsil edib. (Modern.az)

Xəbər lenti

Çox oxunanlar