Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.
Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.