Xəzər Xəbər

Leyla Abdullayeva Peru mediasına müsahibə verib

Gündəm | 08:36 • 8 Oktyabr 2021
Leyla Abdullayeva Peru mediasına müsahibə verib

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən xezerxeber.az-a verilən məlumata görə, yazıda L.Abdullayevaya istinadən Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa böyük önəm verdiyi, bu xüsusda Meksika, Braziliya, Argentina, Kuba, Kolumbiya və regionun digər ölkələrində diplomatik missiyalarının fəaliyyət göstərdiyi, eləcə də ölkəmizin Sakit Okean Alyansı təşkilatında müşahidəçi statusu əldə etdiyi qeyd olunur. 

Digər yandan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Bandunq prinsiplərinin təşviqi, təşkilatın nüfuzunun gücləndirilməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsini hədəflədiyi, bu xüsusda Azərbaycanın təşkilatın sədri qismində BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasını çağırdığı bildirilir və Azərbaycanın QH-nin çəkisinin artırılmasına verdiyi töhfələrə görə üzv ölkələr tərəfindən təşkilata sədrliyinin yekdilliklə bir il də uzadıldığı vurğulanır.

Sonra təmsilçimizə istinadən Azərbaycanın ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinin, o cümlədən erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, məcburi köçkünlərin geri qaytarılması, kommunikasiya xətlərinin açılması və yenidənqurma işlərinin aparılması üzərində çalışdığı və bu baxımdan, ATƏT-in Minsk qrupunun da bu məqsədlərə nail olunmasına dəstək göstərməsi gərəkdiyi söylənilir.

Sonda müəllif Azərbaycanın erməni tərəfinin Laçın dəhlizindən istifadəsinə imkan yaratdığı halda Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinə hələ də razılıq vermədiyini qeyd edir.

Xəbər lenti