Xəzər Xəbər

Uşaqlara vaksin vurulacaq? - TƏBİB AÇIQLADI

Gündəm | 09:15 • 26 İyun 2021
Uşaqlara vaksin vurulacaq? - TƏBİB AÇIQLADI

Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xəbər lenti