Xəzər Xəbər

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub

Gündəm | 13:21 • 10 May 2021
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub

Bu gün Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub.

Açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, millət vəkilləri Qənirə Paşayeva, Əhliman Əmiraslanov və Quba rayon icra hakimiyyətinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, parkım eni 24, uzunluğu 60 metrdir. Parkda simvolik olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Yeni salınan parkın layihələndirilməsinə hər iki ölkədən mütəxəssislər cəlb olunub.

Xəbər lenti