Xəzər Xəbər

Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlayır

Gündəm | 09:04 • 10 May 2021
Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlayır

Bu gündən Azərbaycanda 18 yaşına çatmış bütün vətəndaşlarının vaksinasiya prosesi başlayır.

XəzərXəbər xəbər verir ki, Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.

Yanvardan Çin istehsalı olan "Sinovac" vaksinindən istifadə başlayıb. Ötən aydan isə ölkəmizə Sputnik-V vaksini gətirilib və tətbiqinə başlanılıb. Azərbaycana gətirilən vaksinlər tam təhlükəsizdir".

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Xəbər lenti