"Vakansiyaların gizlədilməsinin heç bir anlamı yoxdur. Çünki vakansiyalar gizlədilsə, işə götürmək mümkün olmur. Əgər götürülsə belə qeyri-qanuni sayılır".
Bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, nazirlik mütəmadi şəkildə prosesin qarşısını alır və bu, gələcəkdə də davam edəcək.
E.Əmrullayev bildirib ki, müəllimlərin iş yerini dəyişməsi prosesi davam edir: “Artıq 10 minə yaxın namizəd qeydiyyatdan keçib, 2 300-ə yaxın insanın ərizəsi təsdiq edilib. Müsabiqəyə 5 500-dən artıq vakant yer çıxarılıb. Yerlərin 66,8 %-i həvəsləndirmə tədbirlərinin tətbiq edildi yerlərdir. Bakı, Sumqayıt və Abşeron üzrə müsabiqəyə 521 vakant yer çıxarılacaq”.