“94 min şagird məktəbəhazırlıq qruplarından birbaşa I sinfə keçirilib”.
XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, birinci sinfə qəbul prosesi artıq başlayıb.
“Artıq 25 min şagird Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul olub. Rus bölməsindən 17 minə qədər uşaq üçün müsahibələrə başlayıb.
Keçirilən müsahibələrdə uğur baxımından qəbul dinamikası 90 faizə qədərdir”.