Xəzər Xəbər

Emin Əmrullayev: Növbəti illərdə şagirdlərin sayı azalacaq

Gündəm | 16:34 • 8 May 2021
Emin Əmrullayev: Növbəti illərdə şagirdlərin sayı azalacaq

“İşə ilk qəbul olan müəllimlərin bölgələrdə, daha sonra mərkəzi yerlərdə vakant iş yerləri olarsa əlavə balların verilməsi mümkündür”.

XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Bakı üzrə vakansiyalar iş yerlərinin sayı ilə bağlıdır: “Müəllimlər adətən 23-25 yaşlarında işə başlayırlar. Pensiya yaşına qədər davam edirlər. Bir şəxs eyni iş yerində 30-40 il işləyir. Belə olanda vakant yer olmur.
Bu gün Bakıda biologiya fənni üzrə 995, fizika fənni üzrə 890, coğrafiya üzrə 894, kimya üzrə 673, ibtidai təhsil səviyyəsi üzrə 5 879, Azərbaycan dili və ədəbiyyatı üzrə 2979, riyaziyyat üzrə 2521 müəllim çalışır.

Bu yerlərin 40-da biri vakansiyaya çıxa bilər. Şagirdlərin sayı da vakant yerlərə təsir edə bilər. Son illərdə şagird sayında artım müşahidə edilirdi. Amma növbəti illərdə azalma olacaq. Uşaqların sayının azalması şagird sıxlığına, yeni siniflərin açılmasına təsir edəcək. Müəllimlərin iş yerlərində saxlanılması və ixtisar edilməməsi əsas prioritetdir.".

Xəbər lenti

Çox oxunanlar