Xəzər Xəbər

Hikmət Hacıyev: Düşmənin Bərdədə törətdiyi Xocalı qətliamının davamıdır

Gündəm | 16:28 • 28 Oktyabr 2020
Hikmət Hacıyev:

"Ermənistanın Bərdədə dinc əhaliyə raketlə hücumu soyqırımıdır. Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən davam edən vandalizmin, barbarlığın növbəti bariz bir nümunəsidir”.


Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, ermənilər əhalini kaset bombaları ilə atəşə tutublar:


"Bərdə şəhərinin mərkəzinə edilən hücumda onların məqsədi dinc əhalinin qətlə yetirilməsidir. Bu hücum Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən verilən cinayət əmridir. Azərbaycan dinc əhaliyə hücum etməkdən uzaqdır”.


H.Hacıyev qeyd edib ki, dünya ictimaiyyətini Ermənistanın bu addımını pisləməyə çağırıb:


"Azərbaycanın günahsız əhalisinə qarşı kaset bombalardan istifadə etməsi kollektiv cəzalandırma terror aktlarıdır. Ölənlər arasında qadınlar, günahı olmayan körpələr var. Bu, Xocalı qətliamının davamıdır. Bu dəfə daha da təhlükəli silahlardan istifadə edirlər. Etnik təmizləmənin bariz nümunəsidir”.


"Onlar düşünməsin ki, bu hücumlardan biz zəifləyirik, iradəmiz sarsılır. Qətiyyən. Bu hücumlar bizi daha da güclü edir. Ermənistan kənardan gətirdikləri hərbi sursatlarla mövqelərini gücləndirir. Bunu etməklə döyüş sahəsində uğradıqları məğlubiyyətin əvəzini dinc əhalidən çıxmağa çalışırlar”, - deyə o qeyd edib.

Xəbər lenti