Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.
Nazirlikdən verilən məlumata görə, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
Qeyd edək ki, yeni xidmət I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.