Xəzər Xəbər

Rəşad Tağıyev: Yaşı 65-dən çox olan müəllimlərin əməkhaqqı saxlanılacaq

Gündəm | 16:40 • 14 Sentyabr 2020
Rəşad Tağıyev: Yaşı 65-dən çox olan müəllimlərin əməkhaqqı saxlanılacaq

Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.


Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.


R.Tağıyev qeyd edib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.

Xəbər lenti

Çox oxunanlar