Xəzər Xəbər

Azərbaycan Tibb Universitetinə qəbul üçün plan yerlərinin sayı artdı

Gündəm | 17:38 • 14 Sentyabr 2020
Azərbaycan Tibb Universitetinə qəbul üçün plan yerlərinin sayı artdı

Bu il Azərbaycan Tibb Universitetinə (ATU) qəbul üçün plan yerlərinin sayı artıb.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ATU-ya ayrılan plan yerlərinin sayı 785, bu il isə 975-dir. Bu il 190 plan yeri artırılıb.

M.Abbaszadə qeyd edib ki, IV qrupda 1 609 subbakalavr var: "Müsabiqədə iştirak edənlərin sayı 5 000-ə yaxındır. Bu qrupda da subbakalavrlar abituriyentlərə uduzurlar".

Xəbər lenti

Çox oxunanlar