Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetlərə çağırış edib.
DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb.
O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir:
"Bu, yanlış yoldur və bu yolla getməyi məsləhət görmürəm. Bakıda 6 universitetdə və 9 regional bölmədə ixtisas seçimi əlaqədar məsləhət mərkəzləri yaradılıb. Orada bütün xidmətlər pulsuzdur. Hesab edirəm ki, hazırlıqlı abituriyent üçün bu xidmətə lüzum yoxdur”.