Xəzər Xəbər

Bu gündən qapalı kafe və restoranlar da fəaliyyətə başlayır

Gündəm | 09:08 • 8 Sentyabr 2020
Bu gündən qapalı kafe və restoranlar da fəaliyyətə başlayır

Azərbaycanda növbəti dəfə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilib.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan etibarən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.



Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.


Xəbər lenti

Çox oxunanlar