Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.
⠀
AZAL-dan verilən məlumata görə, müraciətdə deyilir: "Türkiyə Respublikasına giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.
⠀
Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik".