Aralıq dənizinin şərqi ilə bağlı rəy bildirməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair böyük bir yanlışlıq içində olduğunu görürük. Burada mövzu Sevan gölü deyil, Aralıq dənizidir.
Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun mövzu ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada diqqətə çatdırılır ki, Ermənistanın Sevr anlaşması haqqında yersiz mövqe bildirməsindən sonra, bu dəfə də Aralıq dənizinin şərqi ilə bağlı fikir səsləndirməsi yeni bir həddiaşma və məsuliyyətsizlik nümunəsidir. Dənizə çıxışı olmayan Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri və Fransadan sonra özünü bölgədə söz sahibi hesab etməsi Türkiyəyə qarşı qurulmağa çalışılan hiyləgər bir ittifaqın tərəflərini göz önünə gətirir.
Türkiyə Aralıq dənizinin şərqində özünün və Kipr türklərinin beynəlxalq hüquqa əsaslanan hüquqlarını qorumağa qəti şəkildə davam edəcək. Bunun qarşısını almağa heç bir ittifaqın gücü çatmaz. Deməli, bunun əksini düşünənlər tarixdən dərs almayıblar. Eyni zamanda, xatırladırıq ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq.