Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
XəzərXəbər xəbər verir ki, təbrik mətni XİN-in rəsmi "Twitter” səhifəsində yer alıb.
"Milli bayram olan Müstəqillik Günü münasibətilə İndoneziya xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost İndoneziya Respublikasına xoşbəxtlik və əbədi firavanlıq diləyirik”, - təbrikdə qeyd olunub.