Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı ARTDI

Gündəm | 09:52 • 17 Avqust 2020
Azərbaycan əhalisinin sayı ARTDI

İlin əvvəlindən ölkə əhalisinin sayı 28 min 786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 95 min 894 nəfərə çatıb.


Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Xəbər lenti

Çox oxunanlar