Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, suya qənaət edilməsi, tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə olunması və bu sahəyə özəl sektorun cəlb edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.
XəzərXəbər xəbər verir ki. nazirliyin şöbə müdiri Rasim Səttar-zadə yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə sudan təkrar istifadə istiqamətində praktiki işlərin sürətləndirilməsi və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmlərin yaradılması barədə müzakirələr aparıldığını qeyd edib.
O bildirib ki, bu sahədə ixtisaslaşmış şirkətlərlə tullantı sularının təmizlənməsi və texniki məqsədlərlə istifadə olunması imkanlarına baxılması, su istifadəçiləri ilə su istehsalçıları arasında inteqrasiyanın yaradılması məqsədilə operativ tədbirlərin görülməsi qərara alınıb.