"Hazırda Çin və İtaliyadan Azərbaycana gələn tibbi ekspertlərə heç bir ödəniş edilmir. Onlar iki ölkə arasında əldə olunan razılaşmaya əsasən könüllü şəkildə gəlirlər".
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, uzun müddət Azərbaycanda qalan və burada işləyən həkimlər var: "Onların bizə etdiyi köməyi qiymətləndirə bilərik və tibbi baxımdan bəzi monitorinqlər aparılır. Maddi baxımdan isə nəsə deyə bilmərəm".