"Xəstəliyə yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, adi stasionar çarpayı sayına görə qapanmaya gedilmir: "Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun olur".