Xəzər Xəbər

Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq - Direktor

Gündəm | 13:03 • 10 Avqust 2020
Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq - Direktor

Bu il ərzində peşə təhsili üzrə ixtisasların Təsnifatının yenilənməsi gözlənilir.


Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.


Onun sözlərinə görə, ölkə başçısının qoyduğu istiqamətlərə uyğun olaraq peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, köhnəlmiş və lazımsız ixtisasların isə tədrisi dayandırılacaq.


P.Yusifov qeyd edib ki, bu il həmçinin ilk dəfə olaraq yüksək texniki peşə təhsili səviyyəsi olaraq 2 ixtisas üzrə qəbul həyata keçiriləcək, bunlar nəqliyyat vasitələrinin istismarı və informasiya texnologiyaları ilə bağlı ixtisaslar olacaq:


"İxtisaslı kadrların hazırlanması üçün qısamüddətli təlimlər vasitəsilə peşə təhsili və təliminin əhatə dairəsinin genişləndirilməsi builki digər hədəflərimizdəndir. Burada ilk növbədə məsafədən, mümkün olduğu halda isə kiçik qruplar halında əmək bazarının tələblərinə uyğun kursların keçirilməsi planlaşdırılır".

Xəbər lenti

Çox oxunanlar