"Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya bildirilib ki, ötən gün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib: "Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək".
Qeyd edək ki, TƏBİB-in dünən açıqladığı xəbərə görə, həmin xəstəxanalar aşağıdakılardır:
TƏBİB-dən XəzərXəbər-ə verilən xəbərə görə, bu xəstəxanalar aşağıdakılardır:
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Kliniki Tibbi Mərkəz
Azərsu Tikinti Xəstəxanası
Göyçay RMX
Salyan RMX
Xızı RMX
Qusar RMX
Ucar RMX
Saatlı RMX
Zərdab RMX
Gəncə Dəmiryol Xəstəxanası
***
Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.
Göyçay RMX PHŞ-in direktoru Elçin Bilalov bildirib ki, bu səhiyyə ocağı iyunun 17-də koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi: "Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə - Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün xeyli xəstənin müraciət etdiyi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.
Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.