Xəzər Xəbər

Nazir: Sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq

Gündəm | 13:51 • 19 İyun 2020
Nazir:

"Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da müzakirələr gedir, bu məsələyə baxılır və müvafiq qərarlar qəbul olunacaq: "2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.

Xəbər lenti