Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirusla mübarizənin effektiv olması üçün təkliflər səsləndirib.
F.Mustafa Azərbaycanda koronavirusla bağlı düzgün məlumat verən virusoloqun olmadığını deyib.
Onun sözlərinə görə, Azərbaycan İsraildən mütəxəssislər dəvət etməlidir.
"Karantin rejiminə səhiyyə işçiləri nəzarət etməlidirlər. Polisin işi isə ictimai asayişi qorumaqdan ibarətdir”, - deyə F.Mustafa əlavə edib.
Millət vəkili təklif edib ki, karantin rejimi müddətində parlamentin iclasları da onlayn qaydada keçirilməlidir.