Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq, Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.