"Bu gün Azərbaycanda koronavirus xəstələrinin sağalma müddəti də uzanıb. Xəstələr orta hesabla 12-14 gün ərzində sağalır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, hazırda koronavirusa yeni yoluxanlarla sağalanların sayında müəyyən fərq yaranıb:
"Xəstəxanada uzun müddət qalanların sayı çoxalıb və bu da müəyyən qədər xəstəxanalarda yerlərin qısa zamanda dolmasına səbəb olur. Adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur. Xəstələrin çox böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVID-19 üçün xarakterikdir.
Xəstəxanaların oksigen sistemi buna hesablanmayıb. Bunu nəzərə alaraq, üç ay ərzində səhiyyə ocaqlarına yüksək keyfiyyətli oksigen generatorları gətirmişik. Xəstəxanaların böyük əksəriyyətində oksigen balonları generatorlarla əvəz olunub”.