Xəzər Xəbər

Koronaviruslu xəstələrin evdə müalicəsi belə aparılacaq ƏTRAFLI

Gündəm | 08:50 • 19 İyun 2020
Koronaviruslu xəstələrin evdə müalicəsi belə aparılacaq

"Koronavirus xəstələrinin evdə müalicəsinin tətbiqinə qısa müddətdə başlayacağıq”.

XəzərXəbər-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ola bilər ki, sabahdan bunun tətbiqinə başlanılsın, hazırlıq işləri görülür: "Söhbət o şəxslərdən gedir ki, xəstənin heç bir simptomu yoxdur və ya simptomu çox zəifdir. Təbii ki, həmin şəxsləri poliklinika da müşahidə altına alır. Dünyada hətta orta ağır xəstələr də evdə müalicə olunur. Biz orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr evdə müalicə olunacaq. Poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq. Poliklinikalar gündə 2 dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən qrafiklər üzərində xəstələrin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər”.

Xəbər lenti