Xəzər Xəbər

Deksametazondan ev şəraitdə istifadə oluna bilər? RƏSMİ AÇIQLAMA

Gündəm | 09:15 • 19 İyun 2020
Deksametazondan ev şəraitdə istifadə oluna bilər?

"Deksametazondan ev şəraitində istifadəni heç bir vətəndaşa məsləhət görmürük”.

XəzərXəbər xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bu gün keçirilən brifinqdə deyib:

"Bu gün mübarizə aparmış olduğumuz virus xəstəliyi, yəni immun sisteminin gücləndirilməsinə ehtiyac olan bir vəziyyətdə nəzarətsiz bir şəkildə insanlar tərəfindən istifadə oluna biləcək deksametazon kimi immunsupresiv bir dərmanın ölkədəki epidemioloji vəziyyəti dəfələrlə pisləşdirmə ehtimalını nəzərə alaraq heç bir vətəndaşa bunun ev şəraitində istifadəsini məsləhət görmürük. Bunu dünya səhiyyə ekspertləri də məsləhət görmür. Bu yolla əldə olunan dərmanların istifadəsi yolverilməzdir”.

O bildirib ki, deksametazondan müəyyən dozada reanimasiyada yatan xəstələr üçün istifadə olunur:

"Ancaq bizim bu gün reanimaisyalarda yatan xəstələrdə son mərhələdə artıq virusun vermiş olduğu zədənin mübarizəsində antivural dərmanlar mübarizə apara bilmədiyinə görə biz toxumanı vəziyyətdən çıxarmaq üçün onu bəlli dozalarla reanimasiya şəraitində süni tənəffüs aparatına bağlı olan insanlarda istifadə edirik”.

Xəbər lenti

Çox oxunanlar